- Kəskin respirator xəstəliklər (rinit, faringit, sinusit, laringit, bronxit)
- Tənəffüs yollarının xroniki xəstəliklərinin kəskinləşməsi
- Bronxial astma
- Pnevmoniya
- Yuxarı tənəffüs yollarının göbələkli yoluxması
Terapiyalar
- Ana səhifə |
- Terapiyalar |
- Terapiya
İqloterapiya
Other procedurs
UVÇ
UVÇ-60 cihazı ultra yüksək tezlikli (UHF) elektrik və maqnit sahələrinin müalicəvi təsirinə malikdir. Cihaz nevroloji, terapevtik, psixiatriya, mamalıq və ginekoloji klinikalarda geniş istifadə olunur. UVÇ-60 Med TeKo cihazı kəskin iltihabi proseslərdə, siyatikdə, onurğa beyninin və periferik sinirlərin zədələnmələrində istifadə edilir. Həmçinin, yarımkəskin və xroniki gedişatlı xəstəliklərdə, Raynaud xəstəliyi, obliterasiya edən endarterit, uşaqlıq yolu və əlavələrin kəskin və yarımkəskin iltihabı zamanı, həmçinin miyelit üçün tətbiq olunur.UVÇ-60 cihazının əks göstərişləri: II-III dərəcə ürək çatışmazlığı, aorta anevrizması, hipotenziya, bədxassəli şişlər, miokard infarktı, qanaxma meyli, sistemli qan xəstəlikləri və aktiv fazada ağciyər vərəmi.Cihaz aralıq rejimdə 6 saat işləyə bilər. Taymer quraşdırma diapazonu 0-dan 99±5% dəqiqə arasındadır. UVÇ-60 Med TeKo cihazı müasir texnologiya əsasında hazırlanmış, avtomatik rezonans tənzimləmə və keçirici qidalandırıcılarla birləşdirilmiş çevik elektrik tutucularına malikdir.
Daha çox
Limfodrenaj
Limfodrenaj, limfa durğunluğunun xüsusi manjetlər vasitəsilə aradan qaldırılması və sorulmasıdır. Limfodrenaj bütün orqanizmdə limfa mayesi və qan dövranını artıraraq kompleks müalicəni təmin edir. Bu proses, artıq maye və zərərli maddələrin bədəndən çıxmasına, su balansının bərpasına və venoz qan dövranının yaxşılaşmasına kömək edir. Dəridə və dərialtı piy təbəqəsində mübadilə proseslərini yaxşılaşdırır, aktiv lipoliz vasitəsilə bədən çəkisini azaldır və selulitlərin əmələ gəlmə səbəblərini aradan qaldırır.Limfa sisteminin işini yaxşılaşdırır.Dərin venoz trombozun qarşısını alır.Xroniki venoz çatışmazlığı müalicə edir və qarşısını alır.Revmatik artriti müalicə edir.Qan dövranını yaxşılaşdırır.Bağırsağın fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.Fiziki gərginliyi, yorğunluğu və yuxusuzluğu aradan qaldırır.Dərinin tonusunu, elastikliyini və hamar səthini bərpa edir.Bədənin formasını düzəldir."Yorğun ayaq" sindromunu müalicə edir.Potensiyanı artırır.Stress vəziyyətində yaxşı təsir göstərir.
Daha çox
Elektroforez
Adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsulları ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları)LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit)qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası)prostatit, sistit, pielonefrit zamanıxroniki bronxitin müalicəsindəürək-damar sistemi xəstəlikləriaterosklerozhipertoniyahipotoniyacərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsindəsinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqrenvətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromupediatriyada elektroforez geniş istifadə olunur
Daha çox