Son tədqiqatlar göstərir ki, bu metod bir çox xəstəliklərin sağalmasına da kömək edə bilər. Ənənəvi Çin təbabətində akupunktura ilə hətta sonsuzluq, şəkər xəstəliyi, müxtəlif ağrılar və miqren müalicə oluna bilər. Akupunktura – iynə sancmaq, çalmaq – bədənin xüsusi aku nöqtələrinə nazik iynələr sancmaqla həyata keçirilən müalicə üsuludur. Çində alternativ tibb kimi geniş istifadə olunur və əsasən ağrının azaldılması üçün tətbiq edilir. Bu şəfaverici metod Çin xalq təbabətinin əsas tərkib hissələrindən biridir.
Prosedurlar
- Ana səhifə |
- Prosedurlar |
- Terapiya
İqloterapiya - Akupunktura
Other procedurs
İnhalyasiya Terapiyası
İnhalyasiya terapiyası, dərmanların və ya müalicəvi təsirə malik maddələrin (məsələn, fizioloji məhlulun) tənəffüs yolları vasitəsilə orqanizmə çatdırılması üsuludur. Bu metod xüsusi cihazlar – inhalyatorlar və nebulayzerlər vasitəsilə həyata keçirilir.Faydaları və tətbiq sahələri:Tənəffüs yollarındakı iltihabı aradan qaldırır;Nəfəs almağı yüngülləşdirir;Bronxları genişləndirir və seliyi xaric etməyi asanlaşdırır;Allergik reaksiyaların simptomlarını azaldır;Astma, bronxit, KOAH və digər tənəffüs sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.İnhalyasiya terapiyası dərmanların birbaşa tənəffüs yollarına çatdırılmasını təmin edir, yan təsirləri minimuma endirir və tez təsir göstərir. Bu metod hər yaş qrupuna uyğun təhlükəsiz bir müalicə üsuludur.
Daha çox
Speleoterapiya - Duz Terapiyası
Duz otağında oturma prosedurudur ki, bu prosedur zamanı insan çox xırda duz hissəcikləri ilə zəngin olan hava ilə nəfəs alır. Bu, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir və tənəffüs orqanları xəstəliklərindən sonra profilaktika və reabilitasiya məqsədləri üçün aktiv istifadə olunur. Duz otağının atmosferi burun və burun boşluqlarının selikli qişalarının vəziyyətinin yaxşılaşmasına kömək edir. Bu prosedur, tütün çəkməyi atmış və tənəffüs sisteminin bərpa edilməsinə ehtiyac duyan insanlara tövsiyə olunur. Relaksasiya və sakitləşdirici təsir göstərərək, stressin öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir. Bu metod xüsusilə LOR xəstəlikləri, tez-tez baş verən soyuqdəymələr və ümumi tənəffüs problemləri zamanı effektivdir. Həmçinin, speleoterapiya sinir pozuntuları, həyəcan və stress səbəbi ilə yuxu problemləri olan insanlara tövsiyə olunur.bronxial astma;bronxit və digər tənəffüs orqanları xəstəlikləri;hipertoniya xəstəliyi;dəri xəstəlikləri;oynaq xəstəlikləri.
Daha çox
Hidrokolonoterapiya
Hidrokolonoterapiya zamanı yoğun bağırsaq müəyyən temperatura qədər qızdırılmış su ilə nəcis daşları, toksiki qazlar, qıcqırma və çürümə məhsulları, ağır metal birləşmələri, funksiyadan düşmüş və ayrılmış selikli qişa hissəcikləri və müxtəlif zərərli maddələrdən təmizlənir.
Daha çox