Bükmə proseduru
Bükmə proseduru əsasən dəri xəstəliklərinin müalicəsində, xüsusilə psoriaz, ekzema, atopik dermatit və digər dermatoloji problemlərdə tətbiq olunur. Prosedur zamanı xüsusi hazırlanmış müalicəvi qarışıq dəriyə çəkilir və müəyyən müddət ərzində bükmə şəklində tətbiq edilir.
İstifadə olunan qarışıq xüsusi, müəllif resepti əsasında hazırlanır. Prosedur dərinin vəziyyətini yaxşılaşdırmağa, qıcıqlanmanı və iltihabı azaltmağa, dərinin bərpasını dəstəkləməyə yönəldilir. Bükmə proseduru həkimin təyinatına və pasiyentin dəri vəziyyətinə uyğun olaraq həyata keçirilir.


