15:10 | Partly Cloudy 17.8 °C

İnduktoterapiya Naftalan Sanatoriyasında təqdim olunan unikal fizioterapiya xidmətlərindən biridir.

Zaur Vəlimədov

Terapevt

İnduktoterapiya cihazı NAFTA sanatoriyasında unikal fizioterapiya xidmətidir.
Bu müasir cihaz maqnit sahəsindən istifadə edərək bədənin dərin toxumalarına təsir edir, ağrıları azaldır, qan dövranını yaxşılaşdırır və iltihabi prosesləri aradan qaldırır.
Naftalan şəhərində bu cihaz yalnız “NAFTA” sanatoriyasında mövcuddur. Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Xüsusilə oynaq ağrıları, nevroloji problemlər və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təsirlidir.

Nafta Sanatoriyası: Qadın sağlamlığı üçün təbii müalicə

Mən, Leyla Sabirovna, Nafta Sanatoriyasında ginekoloq həkim olaraq çalışıram. Naftalan prosedurları iltihabəleyhinə və dezinfeksiyaedici təsir göstərir, kiçik çanaq orqanlarının funksiyasını yaxşılaşdırır. Bu prosedurlar qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, sonsuzluqda, menstrual funksiyanın pozulmasında, ovulyasiya problemlərində, boruların keçilməzliyində və kiçik çanaq orqanlarının yapışma proseslərində effektivdir.Naftalan sanatoriyasında qadınlar aşağıdakı naftalan prosedurlarını qəbul edə bilərlər:Naftalan tamponlarıNaftalan masajıİltihabi xəstəliklər və sonsuzluq problemləri olan bütün qadınları Nafta Sanatoriyasına dəvət edirik.

4 kameralı qalvanik vanna qan dövranını yaxşılaşdırır!

4 kameralı qalvanik vanna terapevtik prosedur kimi qan dövranını yaxşılaşdırır, sinir sistemini sakitləşdirir və əzələ ağrılarını azaldır. Bu prosedur həmçinin toxumaların bərpasını sürətləndirir, ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.

Nafta Sanatoriyasında zərbə dalğa müalicəsi ilə oynaq və əzələ ağrılarına son!

Nafta Sanatoriyasında tətbiq edilən zərbə dalğa ilə akustik müalicə — oynaq, əzələ və sümük ağrılarına qarşı effektiv fizioterapiya üsuludur.Bu metod: 🔹 Artroz, artrit, osteoxondroz və digər oynaq problemlərinə qarşı istifadə olunur 🔹 Cəmi 2-3 seansda ağrını azaldır 🔹 Hərəkət qabiliyyətini və rahatlığı bərpa edir 🔹 Dərmansız və invaziv olmayan müalicə növüdür🏥 Sağlam həyat üçün müasir və effektiv üsulları Nafta Sanatoriyasında kəşf edin!