09:58 | Partly cloudy 13.3 °C

Psoriaz müalicəsi

Rəna Kəngərli

Dermatoveneroloq

Psoriaz nədir?

Psoriaz dərinin xroniki iltihabi xəstəliyidir və adətən dəridə qabıqlanma, qızartı, qaşınma və narahatlıqla müşayiət olunur. Xəstəlik dalğavari gedişə malikdir və müxtəlif dövrlərdə əlamətlərin artması və azalması müşahidə edilir.

Naftalan nefti ilə psoriaz müalicəsi

Naftalan nefti təbii mənşəli müalicəvi maddədir və dermatoloji xəstəliklərin kompleks müalicəsində uzun illərdir tətbiq olunur. Naftalan nefti psoriaz zamanı dərinin vəziyyətinin yaxşılaşdırılmasına, iltihabi proseslərin azalmasına və dəri bərpasının dəstəklənməsinə kömək edir.

Nafta Sanatoriyasında Naftalan terapiyası müasir tibbi yanaşmalarla birgə və həkim nəzarəti altında həyata keçirilir.

Psoriaz zamanı Naftalan terapiyasının təsiri

Naftalan nefti ilə aparılan terapiya aşağıdakı təsirləri göstərir:

  • dəridə iltihabi proseslərin azalmasına dəstək;
  • qaşınma və qabıqlanmanın yüngülləşməsi;
  • dərinin bərpa prosesinin dəstəklənməsi;
  • xəstəlik əlamətlərinin daha uzun müddət sakitləşməsi;

Qeyd: Müalicənin təsiri fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir.

Terapiya prosesi necə aparılır?

Psoriaz müalicəsi mərhələli şəkildə həyata keçirilir:

  1. İlkin həkim konsultasiyası və vəziyyətin qiymətləndirilməsi;
  2. Fərdi müalicə planının hazırlanması;
  3. Naftalan nefti əsasında müalicəvi prosedurlar;
  4. Müalicə müddətində pasiyentin vəziyyətinin izlənməsi;

Bütün prosedurlar təcrübəli mütəxəssislərin nəzarəti altında aparılır.

Həkim nəzarəti

Psoriaz müalicəsi Nafta Sanatoriyasında dermatoveneroloq, baş həkim Rəna Kəngərli tərəfindən nəzarətdə saxlanılır. Müalicə prosesi fərdi yanaşma və tibbi göstərişlər əsasında aparılır.

Nafta Sanatoriyası Naftalan şəhərinin mərkəzində yerləşən 4 ulduzlu sanatoriya-otel kompleksidir. Müasir tibbi infrastruktura, fizioterapiya mərkəzinə və komfortlu istirahət şəraitinə malik olan sanatoriya, müalicə və istirahəti bir arada təqdim edir.

Müalicə prosesində istifadə olunan tibbi avadanlıq

Nafta Sanatoriyasında psoriazun kompleks müalicə proqramı çərçivəsində, həkim göstərişi əsasında ultrabənövşəyi B spektrli (UVB) fototerapiya avadanlığından istifadə oluna bilər.

UVB fototerapiya dermatoloji praktikada tətbiq olunan üsullardan biridir və psoriaz zamanı kompleks müalicəyə dəstək məqsədilə istifadə edilir.

Avadanlığın tətbiqi:

  • yalnız həkim təyinatı ilə,
  • pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq,
  • müəyyən edilmiş tibbi protokollara uyğun şəkildə həyata keçirilir.

Qeyd: UVB fototerapiya müstəqil müalicə üsulu deyil və Naftalan nefti, fizioterapiya və digər tibbi prosedurlarla birlikdə kompleks terapiyanın bir hissəsi kimi tətbiq olunur.

Nafta Sanatoriyası – Sağlamlıq və Rahatlıq Məkanı

Nafta Sanatoriyası Azərbaycanın məşhur müalicə və istirahət mərkəzlərindən biridir.Sanatoriyamızın əsas üstünlükləri:Naftalan vannaları – Təbiətin nadir möcüzəsi, revmatizm, dəri xəstəlikləri və oynaq problemlərinin müalicəsində təsirlidir.Müasir laborator və müayinə xidmətləri – Yüksək səviyyəli diaqnostika və fərdi yanaşma ilə sağlamlıq problemlərinin həllinə dəstək.Rahat istirahət və bərpa şəraiti – Stressi aradan qaldırmaq və həyat keyfiyyətini artırmaq üçün ideal mühit.Hər bir qonaq üçün fərdi müalicə planı tərtib olunur, beləliklə, biz sizin sağlamlığınız üçün ən yaxşı nəticəni təmin etməyə çalışırıq.Biz sizin sağlamlığınızı və rifahınızı təmin etmək üçün buradayıq. Nafta Sanatoriyasına səfər etməklə, təbiətin və müasir tibbin harmoniyasını yaşayın! 

Nafta Sanatoriyada təqdim etdiyimiz karbon vannaları, xüsusilə intoksikasiya və artıq çəki ilə bağlı problemləri aradan qaldırmaqda əvəzsizdir.

Bu vannalar, bədənin toksinlərdən təmizlənməsini sürətləndirir, metabolizmi gücləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.Karbon vannaları həmçinin qan dövranını yaxşılaşdırır, əzələlərdəki gərginliyi azaldır və stressi aradan qaldırır. Əlavə olaraq, artıq çəki problemi yaşayanlar üçün də faydalıdır, çünki bu vannalar, yağ yığılmasının qarşısını alır və bədənin daha sürətli şəkildə formaya girməsinə kömək edir.

Nafta Sanatoriyasında Sağlamlıq və Rahatlıq Dolu Müalicə Paketi

Sağlamlığınızı Nafta Sanatoriyasına etibar edin! Naftalan neftinin müalicəvi gücünü hiss edin — peşəkar tibbi xidmət, relaks və bərpa dolu bir müalicə paketi sizi gözləyir. Paketə daxildir: 🔹 Həkim müayinəsi və müalicə 🔹 Naftalan vannaları 🔹 Parafin və haloterapiya 🔹 3 fizioterapiya (həkim təyinatı ilə) 🔹 Ümumi qan analizi 🔹 3 dəfə yemək (açıq bufet) 🔹 Fitnes, sauna, buxar otağı 🔹 Hər gün musiqili və əyləncəli proqramlar🏥 Müasir şəraitdə naftalan müalicəsini yaşayın! Nafta Sanatoriyası – sağlamlıq, rahatlıq və keyfiyyətli istirahət bir arada.