07:39 | Sunny 23.9 °C

Karboksiterapiya qan dövranını yaxşılaşdıraraq toxumaları oksigenlə zənginləşdirir.

Tahirova Gülər

Terapevt

Bu müalicə:

• Dəri problemlərini azaldır,
• Revmatizm və oynaq ağrılarını yüngülləşdirir,
• Yorğunluğu aradan qaldırır.

Sağlamlığınıza təbii toxunuş üçün bizi seçin!

Naftalan Nefti – Sağlamlıq Möcüzəsi

Naftalan nefti öz unikal müalicəvi xüsusiyyətləri ilə dünyada tanınır. Revmatizm, dəri xəstəlikləri, sinir sistemi və oynaq problemlərinin müalicəsində onun effektivliyi elmi şəkildə sübut olunmuşdur. Naftalanın xüsusi tərkibi bədənin bərpa proseslərini sürətləndirir, ağrıları azaldır və ümumi sağlamlığı dəstəkləyir.Siz də Naftalan Sanatoriyasında bu müalicəvi neftin möcüzəvi təsirindən yararlana bilərsiniz.

4 kameralı qalvanik vanna qan dövranını yaxşılaşdırır!

4 kameralı qalvanik vanna terapevtik prosedur kimi qan dövranını yaxşılaşdırır, sinir sistemini sakitləşdirir və əzələ ağrılarını azaldır. Bu prosedur həmçinin toxumaların bərpasını sürətləndirir, ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.

Nafta Sanatoriyası: Qadın sağlamlığı üçün təbii müalicə

Mən, Leyla Sabirovna, Nafta Sanatoriyasında ginekoloq həkim olaraq çalışıram. Naftalan prosedurları iltihabəleyhinə və dezinfeksiyaedici təsir göstərir, kiçik çanaq orqanlarının funksiyasını yaxşılaşdırır. Bu prosedurlar qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, sonsuzluqda, menstrual funksiyanın pozulmasında, ovulyasiya problemlərində, boruların keçilməzliyində və kiçik çanaq orqanlarının yapışma proseslərində effektivdir.Naftalan sanatoriyasında qadınlar aşağıdakı naftalan prosedurlarını qəbul edə bilərlər:Naftalan tamponlarıNaftalan masajıİltihabi xəstəliklər və sonsuzluq problemləri olan bütün qadınları Nafta Sanatoriyasına dəvət edirik.