Traksiya Metodu – kompression sindromlarda onurğaya təsir etmək üçün ən əlverişli metoddur. Bu metodun əsas üstünlüyü, ev şəraitində də tətbiq oluna bilməsidir.Traksiya metodu əzələ spazmlarının müalicəsinə, diskdaxili təzyiqin azaldılmasına, protruziya və yırtıqların aradan qaldırılmasına yönəlmiş effektiv bir üsuldur.Traksiyanın təsirini artırmaq üçün prosedurdan əvvəl masaj və ya əzələ relaksasiyasına səbəb olan fizioterapevtik metodlardan istifadə etmək olar.
Prosedurlar
- Ana səhifə |
- Prosedurlar |
- Terapiya
Traksiya
Other procedurs
Lazer terapiyası
Lazer terapiyası koherent monoxromatik işıq selindən istifadə edərək müəyyən sahəyə yönəldilən effektiv fizioterapevtik prosedurdur. Bu terapiyadan tibbin müxtəlif sahələrində istifadə olunur. Yarımkeçirici lazer terapiyası onurğa yırtığı, osteoxondroz, oynaq xəstəlikləri və s. müalicəsində istifadə edilir.Dermatologiya: neyrodermit, ekzema, psoriaz, allergik dermatitlər, herpes, akne.Urologiya: pielonefrit, böyrək daşı xəstəlikləri, sistit, uretrit, prostatit.Ginekologiya: adneksit, kiçik çanaq iltihabi proseslər.Nevrologiya: osteoxondroz, radikulit, nevritlər, nevralgiyalar, nevrozlar.Pulmonologiya: bronxit, bronxial astma, xroniki pnevmoniya, pnevmoskleroz, plevrit.Qulaq-burun-boğaz xəstəlikləri: rinit, haymorit, tonzillit.
Daha çox
Ultrafonoforez
Fonoforez – fizioterapiyanın müasir metodlarından biri olub, bədənə ultrasəs dalğa vasitəsilə altiv maddələrin yeridilməsidir.Fonofarez dayaq-hərəkət aparatında problem olan xəstələrə və kosmetoloji məqsədlə təyin olunur.Bel ağrıları, əzələ əzilmələri, dartılmalarıArtritlərOstexondrozRadikulitDayaq-hərəkət aparatında sınıqlar, əməliyyatdan sonra bərpaOnurğanın müxtəlif problemləriXroniki xəstəliklərdən – qastrit, bronxit, ginekoloj, uroloji xəstəliklərNevrit, üz nevritiDəri xəstəliklərində uğurla tətbiq olunur
Daha çox
UFB terapiyası (Ultrabənövşəyi şüalanma)
UFB terapiyası (Ultrabənövşəyi şüalanma)UFB terapiyası ultrabənövşəyi şüaların təsirinə əsaslanan fizioterapevtik müalicə üsuludur. Bu prosedur əsasən psoriaz, ekzema, atopik dermatit və digər iltihabi dəri xəstəliklərinin müalicəsində tətbiq olunur.Prosedur zamanı xüsusi aparat vasitəsilə dəriyə müəyyən dozada ultrabənövşəyi şüalar yönəldilir. Bu şüalar dəridə iltihabi proseslərin azalmasına, qaşınmanın yüngülləşməsinə və dəri hüceyrələrinin fəaliyyətinin tənzimlənməsinə kömək edir. Eyni zamanda, dəridə qızartı və qıcıqlanmanın azalmasına, xəstəliyin əlamətlərinin yüngülləşməsinə şərait yarada bilər.UFB terapiyası xüsusilə xroniki dəri xəstəliklərində müalicə prosesinin bir hissəsi kimi istifadə olunur. Müntəzəm və düzgün tətbiq edildikdə xəstəliyin əlamətlərinin nəzarətdə saxlanmasına və dərinin vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.Prosedurun müddəti, şüalanmanın dozası və seansların sayı pasiyentin dəri vəziyyətinə və xəstəliyin xüsusiyyətlərinə uyğun olaraq həkim tərəfindən müəyyən edilir. UFB terapiyası digər müalicə üsulları ilə birlikdə tətbiq oluna bilər.
Daha çox