14:23 | Partly cloudy 9 °C

İnduktoterapiya Naftalan Sanatoriyasında təqdim olunan unikal fizioterapiya xidmətlərindən biridir.

Zaur Vəlimədov

Terapevt

İnduktoterapiya cihazı NAFTA sanatoriyasında unikal fizioterapiya xidmətidir.
Bu müasir cihaz maqnit sahəsindən istifadə edərək bədənin dərin toxumalarına təsir edir, ağrıları azaldır, qan dövranını yaxşılaşdırır və iltihabi prosesləri aradan qaldırır.
Naftalan şəhərində bu cihaz yalnız “NAFTA” sanatoriyasında mövcuddur. Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Xüsusilə oynaq ağrıları, nevroloji problemlər və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təsirlidir.

Psoriaz müalicəsi

Psoriaz nədir?Psoriaz dərinin xroniki iltihabi xəstəliyidir və adətən dəridə qabıqlanma, qızartı, qaşınma və narahatlıqla müşayiət olunur. Xəstəlik dalğavari gedişə malikdir və müxtəlif dövrlərdə əlamətlərin artması və azalması müşahidə edilir.Naftalan nefti ilə psoriaz müalicəsiNaftalan nefti təbii mənşəli müalicəvi maddədir və dermatoloji xəstəliklərin kompleks müalicəsində uzun illərdir tətbiq olunur. Naftalan nefti psoriaz zamanı dərinin vəziyyətinin yaxşılaşdırılmasına, iltihabi proseslərin azalmasına və dəri bərpasının dəstəklənməsinə kömək edir.Nafta Sanatoriyasında Naftalan terapiyası müasir tibbi yanaşmalarla birgə və həkim nəzarəti altında həyata keçirilir.Psoriaz zamanı Naftalan terapiyasının təsiriNaftalan nefti ilə aparılan terapiya aşağıdakı təsirləri göstərir:dəridə iltihabi proseslərin azalmasına dəstək;qaşınma və qabıqlanmanın yüngülləşməsi;dərinin bərpa prosesinin dəstəklənməsi;xəstəlik əlamətlərinin daha uzun müddət sakitləşməsi;Qeyd: Müalicənin təsiri fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir.Terapiya prosesi necə aparılır?Psoriaz müalicəsi mərhələli şəkildə həyata keçirilir:İlkin həkim konsultasiyası və vəziyyətin qiymətləndirilməsi;Fərdi müalicə planının hazırlanması;Naftalan nefti əsasında müalicəvi prosedurlar;Müalicə müddətində pasiyentin vəziyyətinin izlənməsi;Bütün prosedurlar təcrübəli mütəxəssislərin nəzarəti altında aparılır.Həkim nəzarətiPsoriaz müalicəsi Nafta Sanatoriyasında dermatoveneroloq, baş həkim Rəna Kəngərli tərəfindən nəzarətdə saxlanılır. Müalicə prosesi fərdi yanaşma və tibbi göstərişlər əsasında aparılır.Nafta Sanatoriyası Naftalan şəhərinin mərkəzində yerləşən 4 ulduzlu sanatoriya-otel kompleksidir. Müasir tibbi infrastruktura, fizioterapiya mərkəzinə və komfortlu istirahət şəraitinə malik olan sanatoriya, müalicə və istirahəti bir arada təqdim edir.Müalicə prosesində istifadə olunan tibbi avadanlıqNafta Sanatoriyasında psoriazun kompleks müalicə proqramı çərçivəsində, həkim göstərişi əsasında ultrabənövşəyi B spektrli (UVB) fototerapiya avadanlığından istifadə oluna bilər.UVB fototerapiya dermatoloji praktikada tətbiq olunan üsullardan biridir və psoriaz zamanı kompleks müalicəyə dəstək məqsədilə istifadə edilir.Avadanlığın tətbiqi:yalnız həkim təyinatı ilə,pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq,müəyyən edilmiş tibbi protokollara uyğun şəkildə həyata keçirilir.Qeyd: UVB fototerapiya müstəqil müalicə üsulu deyil və Naftalan nefti, fizioterapiya və digər tibbi prosedurlarla birlikdə kompleks terapiyanın bir hissəsi kimi tətbiq olunur.

Nafta Sanatoriyasında zərbə dalğa müalicəsi ilə oynaq və əzələ ağrılarına son!

Nafta Sanatoriyasında tətbiq edilən zərbə dalğa ilə akustik müalicə — oynaq, əzələ və sümük ağrılarına qarşı effektiv fizioterapiya üsuludur.Bu metod: 🔹 Artroz, artrit, osteoxondroz və digər oynaq problemlərinə qarşı istifadə olunur 🔹 Cəmi 2-3 seansda ağrını azaldır 🔹 Hərəkət qabiliyyətini və rahatlığı bərpa edir 🔹 Dərmansız və invaziv olmayan müalicə növüdür🏥 Sağlam həyat üçün müasir və effektiv üsulları Nafta Sanatoriyasında kəşf edin!

Nafta Sanatoriyasında Sağlamlıq və Rahatlıq Dolu Müalicə Paketi

Sağlamlığınızı Nafta Sanatoriyasına etibar edin! Naftalan neftinin müalicəvi gücünü hiss edin — peşəkar tibbi xidmət, relaks və bərpa dolu bir müalicə paketi sizi gözləyir. Paketə daxildir: 🔹 Həkim müayinəsi və müalicə 🔹 Naftalan vannaları 🔹 Parafin və haloterapiya 🔹 3 fizioterapiya (həkim təyinatı ilə) 🔹 Ümumi qan analizi 🔹 3 dəfə yemək (açıq bufet) 🔹 Fitnes, sauna, buxar otağı 🔹 Hər gün musiqili və əyləncəli proqramlar🏥 Müasir şəraitdə naftalan müalicəsini yaşayın! Nafta Sanatoriyası – sağlamlıq, rahatlıq və keyfiyyətli istirahət bir arada.