Kateqoriyalar

Darsanval Terapiyası
Darsonvallaşdırma – orqanizmin səthi toxumalarına və selikli qişalarına yüksək tezlikli, zəif dəyişən impulsiv cərəyanlarla təsir göstərilməsi prosedurudur. Bu metod aşağıdakı təsirlərə malikdir:Qan damarlarını genişləndirir və yerli qan dövranını aktivləşdirir.Venoz stazı azaldır və damarların keçiriciliyini artırır.Dərini oksigenlə zənginləşdirir və mikroelementlərlə təmin edir.Toxumaların qidalanmasını yaxşılaşdırır və maddələr mübadiləsini stimullaşdırır.Darsonvallaşdırma həmçinin yerli qaşınma əleyhinə, iltihab əleyhinə, analgetik (ağrıkəsici), trofik (qidalanmanı yaxşılaşdıran) və bakterisid təsirlərə malikdir.Bu prosedur ümumi sağlamlıq və dəri problemlərinin aradan qaldırılmasında effektiv vasitə hesab olunur.
Daha çox
Zərbə-Dalğa Terapiyası (ESWT)
Zərbə-Dalğa Terapiyası (ESWT), insan bədəninin xaricində yaradılan güclü səs dalğalarının xüsusi aplikatorlar vasitəsilə problemli nahiyəyə tətbiq olunmasına əsaslanan müalicə üsuludur. Bu terapiya dirsək, topuq və çiyin ağrıları, həmçinin psevdartroz kimi müxtəlif ortopedik problemlərin müalicəsində istifadə olunur.Müalicə prosesi xüsusi cihaz vasitəsilə çox aşağı tezlikli səs dalğaları (akustik dalğalar) yaradılması ilə həyata keçirilir. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər nüfuz edir.Prosedur zamanı pasiyentlər adətən aşağıdakı təsirləri müşahidə edir:Cihazın təmas etdiyi nahiyədə qan axınının artması;Kəskin və xroniki ağrıların azalması;Yerli iltihabın və şişin azalması;Ümumi əhval-ruhiyyənin yaxşılaşması.
Daha çox
Elektroforez
Adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsulları ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları)LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit)qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası)prostatit, sistit, pielonefrit zamanıxroniki bronxitin müalicəsindəürək-damar sistemi xəstəlikləriaterosklerozhipertoniyahipotoniyacərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsindəsinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqrenvətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromupediatriyada elektroforez geniş istifadə olunur
Daha çox
Amplipuls
Amplipulsun tətbiq edilməsi üçün göstərişlər dayaq-hərəkət aparatı, əzələ və sinir sisteminin ağrı sindromu ilə müşayiət olunan xəstəlikləridir (radikulitlər, oxteoxondrozlar, artrozlar, artritlər, onurğa sütunu disklərinin protruziyaları və yırtıqları, travmalar, nevralgiyalar, müxtəlif ağırlıq dərəcəli revmatoid xəstəlikləri, habelə, birləşdirici toxuma xəstəlikləri).istənilən yerləşməli osteoxondrozlaruşaq serebral ifliciradikulitləristənilən ölçüdə fəqərəarası yırtıq müxtəlif mənşəli artritlər və artrozlarsinir kökcüklərinin kompressiyalarıonurğa sütunu əyrilikləriaterosklerozkeçirilmiş insult fonunda ifliclərnevralgiyalarnevrozlardayaq-hərəkət aparatı travmalarıəzələ toxuması distrofiyası
Daha çox
Maqnitaterapiya
Maqnit terapiyası – Sabit və dəyişkən alçaqtezlikli maqnit sahəsi ilə müalicə metodudur. Bu terapiya – oqranizmin ümumi vəziyyətinin yaxşılaşması, immunstimulaytor effekti, ağrının azalması üçün, nevrozların, stressin, depressiyanın müalicəsində, periferik qan dövranının yaxşılaşmasında müalicənin bir qolu kimi təyin olunur. Dozalanmış Maqnit sahəsi arterial təzyiqin stabilləşməsinə yardımçı olur. Bəzi xəstəliklərin profilaktikasında maqnit sahəsinin təsiri əvəzolunmazdı:Xroniki ağrılar (miqren, fərqli mənşəyi olan oynaq ağrıları, çətin sağalan yaralar, daxili orqanların xəstəliklərində)Hipertoniya xəstəliyinin profilaktikasıNevrozabənzər hallar (stress, depressiya, diqqət pozulması, hədsiz yorğunluq, əmək fəaliyyətinin azalması, huşsuzluq)
Daha çox
Super induktiv maqnit terapiyası
BTL innovativ terapiya metodunu təqdim edir - yüksək intensivlikli maqnitoterapiya (SIS). Bu texnologiya yüksək intensivlikli maqnit sahəsinin insan orqanizminin toxumalarına müsbət təsirinə əsaslanır. Bu növ müalicənin terapevtik təsirlərinə daxildir: ağrıların aradan qaldırılması, sınıqların daha sürətli sağalması, əzələ gərginliyinin aradan qaldırılması və oynaqların hərəkətliliyinin artması.Tezlik 150 Hz-ə qədərPatentləşdirilmiş aplikator texnologiyası8,4” rəngli sensor ekran 
Daha çox