10:41 | Overcast 13 °C

Nafta Sanatoriyası: Qadın sağlamlığı üçün təbii müalicə

Leyla Sabirova

Ginekoloq Həkim

Mən, Leyla Sabirovna, Nafta Sanatoriyasında ginekoloq həkim olaraq çalışıram. Naftalan prosedurları iltihabəleyhinə və dezinfeksiyaedici təsir göstərir, kiçik çanaq orqanlarının funksiyasını yaxşılaşdırır. Bu prosedurlar qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, sonsuzluqda, menstrual funksiyanın pozulmasında, ovulyasiya problemlərində, boruların keçilməzliyində və kiçik çanaq orqanlarının yapışma proseslərində effektivdir.

Naftalan sanatoriyasında qadınlar aşağıdakı naftalan prosedurlarını qəbul edə bilərlər:

• Naftalan tamponları
• Naftalan masajı

İltihabi xəstəliklər və sonsuzluq problemləri olan bütün qadınları Nafta Sanatoriyasına dəvət edirik.

Naftalan Nefti – Sağlamlıq Möcüzəsi

Naftalan nefti öz unikal müalicəvi xüsusiyyətləri ilə dünyada tanınır. Revmatizm, dəri xəstəlikləri, sinir sistemi və oynaq problemlərinin müalicəsində onun effektivliyi elmi şəkildə sübut olunmuşdur. Naftalanın xüsusi tərkibi bədənin bərpa proseslərini sürətləndirir, ağrıları azaldır və ümumi sağlamlığı dəstəkləyir.

Siz də Naftalan Sanatoriyasında bu müalicəvi neftin möcüzəvi təsirindən yararlana bilərsiniz.

İnduktoterapiya Naftalan Sanatoriyasında təqdim olunan unikal fizioterapiya xidmətlərindən biridir.

İnduktoterapiya cihazı NAFTA sanatoriyasında unikal fizioterapiya xidmətidir.
Bu müasir cihaz maqnit sahəsindən istifadə edərək bədənin dərin toxumalarına təsir edir, ağrıları azaldır, qan dövranını yaxşılaşdırır və iltihabi prosesləri aradan qaldırır.
Naftalan şəhərində bu cihaz yalnız “NAFTA” sanatoriyasında mövcuddur. Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Xüsusilə oynaq ağrıları, nevroloji problemlər və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təsirlidir.

Nafta Sanatoriyada təqdim etdiyimiz karbon vannaları, xüsusilə intoksikasiya və artıq çəki ilə bağlı problemləri aradan qaldırmaqda əvəzsizdir.

Bu vannalar, bədənin toksinlərdən təmizlənməsini sürətləndirir, metabolizmi gücləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.
Karbon vannaları həmçinin qan dövranını yaxşılaşdırır, əzələlərdəki gərginliyi azaldır və stressi aradan qaldırır. Əlavə olaraq, artıq çəki problemi yaşayanlar üçün də faydalıdır, çünki bu vannalar, yağ yığılmasının qarşısını alır və bədənin daha sürətli şəkildə formaya girməsinə kömək edir.