Amplipulsun tətbiq edilməsi üçün göstərişlər dayaq-hərəkət aparatı, əzələ və sinir sisteminin ağrı sindromu ilə müşayiət olunan xəstəlikləridir (radikulitlər, oxteoxondrozlar, artrozlar, artritlər, onurğa sütunu disklərinin protruziyaları və yırtıqları, travmalar, nevralgiyalar, müxtəlif ağırlıq dərəcəli revmatoid xəstəlikləri, habelə, birləşdirici toxuma xəstəlikləri).
- istənilən yerləşməli osteoxondrozlar
- uşaq serebral iflici
- radikulitlər
- istənilən ölçüdə fəqərəarası yırtıq
- müxtəlif mənşəli artritlər və artrozlar
- sinir kökcüklərinin kompressiyaları
- onurğa sütunu əyrilikləri
- ateroskleroz
- keçirilmiş insult fonunda ifliclər
- nevralgiyalar
- nevrozlar
- dayaq-hərəkət aparatı travmaları
- əzələ toxuması distrofiyası