Ozonoterapiya

Ozonoterapiya zamanı toxumaların oksigen təmini artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir və orqanizmin immun sistemi aktivləşir. Bundan əlavə, ozonun bakterisid, virusid və fungisid təsirləri vardır. Antiseptiklərdən fərqli olaraq, ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir, çünki orqanizmin özünün antioksidant sistemləri mövcuddur.

  • Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, çəhrayı dəmirov, dermatozlar və s.
  • Kosmetologiya: gənclik sızanaqları, sellülit, lokal lipodistrofiya, alopesiya və s.
  • Urologiya: pielonefrit, sistit, uretrit, prostatit və s.
  • Mama-ginekologiya: cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hamiləlik toksikozları, anemiya, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması, sonsuzluq və s.
  • Terapiya: xronik qastrit, kolit, mədə və 12 barmaq bağırsağın yarası, xronik hepatit, qaraciyər sirrozu, revmatizm, artrit, artroz, ürəyin işemik xəstəliyi, allergik xəstəliklər, yuxarı tənəffüs yollarının xəstəlikləri, hipertoniya xəstəliyi və s.

Other procedurs