17:03 | Overcast 5 °C

Kateqoriyalar

Psoriaz müalicəsi
Psoriaz nədir?Psoriaz dərinin xroniki iltihabi xəstəliyidir və adətən dəridə qabıqlanma, qızartı, qaşınma və narahatlıqla müşayiət olunur. Xəstəlik dalğavari gedişə malikdir və müxtəlif dövrlərdə əlamətlərin artması və azalması müşahidə edilir.Naftalan nefti ilə psoriaz müalicəsiNaftalan nefti təbii mənşəli müalicəvi maddədir və dermatoloji xəstəliklərin kompleks müalicəsində uzun illərdir tətbiq olunur. Naftalan nefti psoriaz zamanı dərinin vəziyyətinin yaxşılaşdırılmasına, iltihabi proseslərin azalmasına və dəri bərpasının dəstəklənməsinə kömək edir.Nafta Sanatoriyasında Naftalan terapiyası müasir tibbi yanaşmalarla birgə və həkim nəzarəti altında həyata keçirilir.Psoriaz zamanı Naftalan terapiyasının təsiriNaftalan nefti ilə aparılan terapiya aşağıdakı təsirləri göstərir:dəridə iltihabi proseslərin azalmasına dəstək;qaşınma və qabıqlanmanın yüngülləşməsi;dərinin bərpa prosesinin dəstəklənməsi;xəstəlik əlamətlərinin daha uzun müddət sakitləşməsi;Qeyd: Müalicənin təsiri fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir.Terapiya prosesi necə aparılır?Psoriaz müalicəsi mərhələli şəkildə həyata keçirilir:İlkin həkim konsultasiyası və vəziyyətin qiymətləndirilməsi;Fərdi müalicə planının hazırlanması;Naftalan nefti əsasında müalicəvi prosedurlar;Müalicə müddətində pasiyentin vəziyyətinin izlənməsi;Bütün prosedurlar təcrübəli mütəxəssislərin nəzarəti altında aparılır.Həkim nəzarətiPsoriaz müalicəsi Nafta Sanatoriyasında dermatoveneroloq, baş həkim Rəna Kəngərli tərəfindən nəzarətdə saxlanılır. Müalicə prosesi fərdi yanaşma və tibbi göstərişlər əsasında aparılır.Nafta Sanatoriyası Naftalan şəhərinin mərkəzində yerləşən 4 ulduzlu sanatoriya-otel kompleksidir. Müasir tibbi infrastruktura, fizioterapiya mərkəzinə və komfortlu istirahət şəraitinə malik olan sanatoriya, müalicə və istirahəti bir arada təqdim edir.Müalicə prosesində istifadə olunan tibbi avadanlıqNafta Sanatoriyasında psoriazun kompleks müalicə proqramı çərçivəsində, həkim göstərişi əsasında ultrabənövşəyi B spektrli (UVB / УФБ) fototerapiya avadanlığından istifadə oluna bilər.UVB (Ultraviolet B) fototerapiya dermatoloji praktikada tətbiq olunan üsullardan biridir və psoriaz zamanı kompleks müalicəyə dəstək məqsədilə istifadə edilir.Avadanlığın tətbiqi:yalnız həkim təyinatı ilə,pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq,müəyyən edilmiş tibbi protokollara uyğun şəkildə həyata keçirilir.Qeyd: UVB fototerapiya müstəqil müalicə üsulu deyil və Naftalan nefti, fizioterapiya və digər tibbi prosedurlarla birlikdə kompleks terapiyanın bir hissəsi kimi tətbiq olunur.
Daha çox