18:04 | Patchy rain nearby 16.8 °C

Nafta Sanatoriyası: Qadın sağlamlığı üçün təbii müalicə

Leyla Sabirova

Ginekoloq Həkim

Mən, Leyla Sabirovna, Nafta Sanatoriyasında ginekoloq həkim olaraq çalışıram. Naftalan prosedurları iltihabəleyhinə və dezinfeksiyaedici təsir göstərir, kiçik çanaq orqanlarının funksiyasını yaxşılaşdırır. Bu prosedurlar qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, sonsuzluqda, menstrual funksiyanın pozulmasında, ovulyasiya problemlərində, boruların keçilməzliyində və kiçik çanaq orqanlarının yapışma proseslərində effektivdir.

Naftalan sanatoriyasında qadınlar aşağıdakı naftalan prosedurlarını qəbul edə bilərlər:

  • Naftalan tamponları
  • Naftalan masajı

İltihabi xəstəliklər və sonsuzluq problemləri olan bütün qadınları Nafta Sanatoriyasına dəvət edirik.

4 kameralı qalvanik vanna qan dövranını yaxşılaşdırır!

4 kameralı qalvanik vanna terapevtik prosedur kimi qan dövranını yaxşılaşdırır, sinir sistemini sakitləşdirir və əzələ ağrılarını azaldır. Bu prosedur həmçinin toxumaların bərpasını sürətləndirir, ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.

Nafta Sanatoriyasında Sağlamlıq və Rahatlıq Dolu Müalicə Paketi

Sağlamlığınızı Nafta Sanatoriyasına etibar edin! Naftalan neftinin müalicəvi gücünü hiss edin — peşəkar tibbi xidmət, relaks və bərpa dolu bir müalicə paketi sizi gözləyir. Paketə daxildir: 🔹 Həkim müayinəsi və müalicə 🔹 Naftalan vannaları 🔹 Parafin və haloterapiya 🔹 3 fizioterapiya (həkim təyinatı ilə) 🔹 Ümumi qan analizi 🔹 3 dəfə yemək (açıq bufet) 🔹 Fitnes, sauna, buxar otağı 🔹 Hər gün musiqili və əyləncəli proqramlar🏥 Müasir şəraitdə naftalan müalicəsini yaşayın! Nafta Sanatoriyası – sağlamlıq, rahatlıq və keyfiyyətli istirahət bir arada.

İnduktoterapiya Naftalan Sanatoriyasında təqdim olunan unikal fizioterapiya xidmətlərindən biridir.

İnduktoterapiya cihazı NAFTA sanatoriyasında unikal fizioterapiya xidmətidir.Bu müasir cihaz maqnit sahəsindən istifadə edərək bədənin dərin toxumalarına təsir edir, ağrıları azaldır, qan dövranını yaxşılaşdırır və iltihabi prosesləri aradan qaldırır.Naftalan şəhərində bu cihaz yalnız “NAFTA” sanatoriyasında mövcuddur. Sağlamlığı bərpa etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Xüsusilə oynaq ağrıları, nevroloji problemlər və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təsirlidir.