Limfodrenaj, limfa durğunluğunun xüsusi manjetlər vasitəsilə aradan qaldırılması və sorulmasıdır. Limfodrenaj bütün orqanizmdə limfa mayesi və qan dövranını artıraraq kompleks müalicəni təmin edir. Bu proses, artıq maye və zərərli maddələrin bədəndən çıxmasına, su balansının bərpasına və venoz qan dövranının yaxşılaşmasına kömək edir. Dəridə və dərialtı piy təbəqəsində mübadilə proseslərini yaxşılaşdırır, aktiv lipoliz vasitəsilə bədən çəkisini azaldır və selulitlərin əmələ gəlmə səbəblərini aradan qaldırır.
- Limfa sisteminin işini yaxşılaşdırır.
- Dərin venoz trombozun qarşısını alır.
- Xroniki venoz çatışmazlığı müalicə edir və qarşısını alır.
- Revmatik artriti müalicə edir.
- Qan dövranını yaxşılaşdırır.
- Bağırsağın fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
- Fiziki gərginliyi, yorğunluğu və yuxusuzluğu aradan qaldırır.
- Dərinin tonusunu, elastikliyini və hamar səthini bərpa edir.
- Bədənin formasını düzəldir.
- "Yorğun ayaq" sindromunu müalicə edir.
- Potensiyanı artırır.
- Stress vəziyyətində yaxşı təsir göstərir.