Elektroforez

Adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsulları ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. 

Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:

  • oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları)
  • LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit)
  • qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası)
  • prostatit, sistit, pielonefrit zamanı
  • xroniki bronxitin müalicəsində
  • ürək-damar sistemi xəstəlikləri
  • ateroskleroz
  • hipertoniya
  • hipotoniya
  • cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində
  • sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren
  • vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu
  • pediatriyada elektroforez geniş istifadə olunur

Other procedurs