Zərbə-Dalğa Terapiyası (ESWT)

Zərbə-Dalğa Terapiyası (ESWT), insan bədəninin xaricində yaradılan güclü səs dalğalarının xüsusi aplikatorlar vasitəsilə problemli nahiyəyə tətbiq olunmasına əsaslanan müalicə üsuludur. Bu terapiya dirsək, topuq və çiyin ağrıları, həmçinin psevdartroz kimi müxtəlif ortopedik problemlərin müalicəsində istifadə olunur.

Müalicə prosesi xüsusi cihaz vasitəsilə çox aşağı tezlikli səs dalğaları (akustik dalğalar) yaradılması ilə həyata keçirilir. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər nüfuz edir.

Prosedur zamanı pasiyentlər adətən aşağıdakı təsirləri müşahidə edir:

  • Cihazın təmas etdiyi nahiyədə qan axınının artması;
  • Kəskin və xroniki ağrıların azalması;
  • Yerli iltihabın və şişin azalması;
  • Ümumi əhval-ruhiyyənin yaxşılaşması.

Other procedurs